Search
Bank Respublika

“Bank Respublika” “İnternet şöbə”nin yeni versiyasını istifadəyə verib

Onlayn rejimində istifadə və servislə işin aparılmasını sadələşdirən xidmətlər çeşidini genişləndirən bir sıra yenilikləri əlavə edərək, “Bank Respublika” “İnternet şöbə” xidmətini yeniləyib.

“İnternet şöbə”-nin mövcud xidmətləri sırasına əmanətlər, cari hesablar, rekvizitlər üzrə məlumatların alınması da əlavə olunub.

 Servisin depozit modulu əmanət hesabının cari durumu, şərtlər və faizlərin hesablanması qrafiki haqqında məlumatların əldə edilməsinə imkan verir.

 Cari hesabların modulu müştərinin bütün cari hesablarının mövcud durumu və aparılan əməliyyatların tam tarixçəsini təqdim edir.

 Yeni versiyada “İnternet şöbə”nin ən başlıca əlavələrindən biri servisə daxilolma qaydasının təkmilləşdirilməsidir. Birdəfəlik şifrə vasitəsilə daxiloma ilə yanaşı, bankın ofisinə müraciət etməklə şəxsi login və şifrənın yaradılması da mümkün oldu. Həmçinin, ölkə bank sektorunda ilk dəfə olaraq servisə Asan İmza ilə daxilolma təklif olunur. “İnternet şöbə” xidmətini aktivləşdirən və Asan İmza istifadəçiləri olan müştərilər daxilolmanı “Asan imza”dakı şəxsi məlumatlar vasitəsilə həyata keçirə bilərlər.

 “İnternet şöbə”nın istifadəyə verildiyi andan mindən artıq bank müştərisi bu xidmətə qoşulub.

 Xidmətlə tam əhatəli tanış olmaq üçün www.bankim.az saytına demo-daxilolmanı yerinə yetirmək kifayət edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir