Search
si]orta

İşçilərin sığortalanması asanlaşıb – SIĞORTA HAQQINI 4 DƏFƏYƏ ÖDƏMƏK

Azərbaycan sahibkarları öz işçilərini istehsalatda bədbəxt hadisələrdən güzəşli şərtlərlə sığortalaya bilərlər. Bu barədə fins.az-a müsahibəsində “Paşa Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz ismayılov deyib. Onun sözlərinə görə, iş adamları istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə illik sığorta haqqını 4 dəfəyə, yəni 3 aydan bir ödəyə bilərlər. Onun sözlərinə görə, buna icbari sığorta qanunvericiliyi imkan verir. Könüllü sığorta növləri ilə bağlı sığorta haqqını isə 12 dəfəyə, yəni ayda 1 dəfə olmaqla ödəmək mümkündür.

Niyaz İsmayılovla müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir