Search
bank_of_ages

“Bank of Azərbaycan”dan açıqlama – “MÜFLİS OLMAMIŞIQ”

“Bank of Azərbaycan”  son günlər mediada özü haqqında yayılan məlumatlarla bağlı açıqlama yayıb. Qeyd edək ki, həmin məlumatlarda bankın maliyyə çətinlikləri ilə üzləşdiyi və müflisləşmə həddinə çatdığı bildirilirdi. “Bank of Azərbaycan”ın açıqlamasında isə bu məlumatlar təkzib olunur :

“Bank of Azərbaycan” adından rəsmi olaraq bildirmək istəyirik ki, dərc olunan bu məlumatlar və orada yer alan fikirlər həqiqətə uyğun deyil. “Bank of Azərbaycan”nın müflis olması üçün heç bir əsas yoxdur. Bankın vəziyyəti stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bidirmək istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, “Bank of Azərbaycan” Mərkəzi Bankın tələblərinə uyğun olaraq nizamnamə kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu kapitalı isə 50,426 milyon manat təşkil edir. 2013-cü il ərzində Bank 3,886 milyon manat mənfəət əldə edib və onun müqabilində 777,1 min manat mənfət vergisi ödəyib. 1 may 2014-cü il tarixinə isə əldə olunan mənfəət 9,638 milyon man təşkil edib. Cari ilin göstərilən dövründə büdcəyə 1,013 milyon manat vergi ödənilib.

Qeyd etmək yerində olardı ki, son iki il ərzində “Bank of Azərbaycan” 4,409 milyon manat vergi ödəyib. Bank fəaliyyət göstərdiyi müddət ərzində mütamadi olaraq beynəlxalq standartlara uyğun olaraq beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılıb və müsbət rəy alıb.

Onu da əlavə etmək istəyirik ki, “Bank of Azərbaycan” Master Card əsasında nəqliyyat kartlarını buraxır. Hazırda 1 milyon ədəd kart buraxılıb. Satışa çıxarılan 300 min ədəd kartın 125 min ədədi artıq satılıb.

Bunları nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu tipli məlumatlar şaiədən uzağa getmir. Bankımızn maliyyə vəziyyəti sabitdir. Biz müştərilərimizı tam əmin edirik ki,vahimə və təlaşa heç bir əsas yoxdur. 20 illik yubileyini ötən il qeyd edən “Bank of Azərbaycan” bundan sonra da artan xəttlə inkişaf edəcək, bazarda öz layiqli mövqeyini qoruyub saxlayacaq.

Bank səhmdarları və pay bölgüsü üzrə məlumat: Məmmədov Kənan (43.63%), Məmmədov Sənan (43.63%), Məmmədov Mübariz (12.07%), NEM Holdinq (0.67%).

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir