Search
bob

“Bank of Baku” “Maaşını kartla alana, 10 mislinədək kredit bizdən” kampaniyası elan edir.

Kampaniyanın şərtinə əsasən, əmək haqqını istənilən Azərbaycan bankının kartı ilə alan vətəndaşlar “Bank of Baku”-dan nağd kredit rəsmiləşdirə bilərlər.

Yeganə şərt ərizəçinin əmək haqqı vergi tutulmadan 500 manat və daha çox məbləğ təşkil etməlidir.

Kimlər kredit ala bilər:

dövlət və özəl müəssisələrinin işçiləri faydalana bilər.

 

Kampaniyanın əsas üstünlükləri:

  • Kreditin məbləği – 20,000 manatadək , əmək haqqının 10 mislinədək
  • Kreditin faiz dərəcəsi – Əmək haqqı yüksəldikcə azalan faiz dərəcələri (illik 22%-26%)
  • Güzəştli komissiya haqqı * – təkrar müştərilər üzrə 0%-dan, yeni müştərilər üzrə isə 3%-dən başlayaraq ,
  • Kreditin müddəti – 48 aya qədər

* “Dostlar Klubu”-nun üzvləri, topladıqları bonus məbləğinə uyğun komissiya ödənişlərini azalda bilərlər. Toplanan bonus məbləği, komissiyanın ödənilməsinə tam kifayət edərs, bu halda krediti tam komissiyasız əldə etmək mümkündür.

 

Kreditin məbləği necə təyin edilir?

Əmək haqqının məbləğindən, bankla iş tarixçəsindən və kreditin müddətindən asılı olaraq maksimal məbləğlər aşağıdakı cədvəllərə əsasən təyin edilir. Müştərinin digər banklarda olan kredit öhdəlikləri ayrıla biləcək maksimal kredit məbləğinə təsir edir.

Cədvəl 1. Maksimal kredit məbləği (Əmək haqqı misli ilə)

Əmək haqqı məbləği, AZN ilə (vergilər tutulmadan) Yeni müştərilər Dostlar Klubunun Gümüş kart sahibləri Dostlar Klubunun Qızıl və Brillant kart sahibləri
24 ayadək 48 ayadək 24 ayadək 48 ayadək 24 ayadək 48 ayadək

501 – 1000

5

6

6

7

7

8

1001 – 1500

6

7

7

8

8

9

1501 və daha artıq

6

7

7

8

8

10

 

Cədvəl 2. Maksimal kredit məbləği (AZN ilə)

Əmək haqqı məbləği, AZN ilə (vergilər tutulmadan) Yeni müştərilər Dostlar Klubunun Gümüş kart sahibləri Dostlar Klubunun Qızıl və Brillant kart sahibləri
24 ayadək 48 ayadək 24 ayadək 48 ayadək 24 ayadək 48 ayadək

501 – 1000

5000

6000

6000

7000

7000

8000

1001 – 1500

9000

10000

10500

12000

12000

13500

1501 və daha artıq

10000

12000

12000

15000

15000

20000

 

Qeydlər

  • Məqbul tarixçəsi formalaşmayan təkrar müştərilər yeni müştəri kimi nəzərə alınır.
  • Bankla 60 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər “Dostlar Klubu”-nun Brilliant, 36 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər “Dostlar Klubu”-nun Qızıl, 12 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər isə “Dostlar Klubu”-nun Gümüş kateqoriyalı müştəriləridir.
  • “Dostlar Klubu” kartını əldə etməyən müştərilər, krediti alan zaman kartını əldə edərək,  kampaniyanın üstünlüklərindən faydalana bilər.
  • Dostlar Klubu üzvlüyünü yoxlamaq üçün, DOST, boşluq və 6 rəqəmli müştəri kodunu yazıb 8145-ə SMS göndərmək lazımdır. Misal: “DOST 123456 “

Bank of Baku




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir