Search
Stop 2

Bankların ləğv edilməsi dayandırıldı

Bankların ləğv edilməsi Əmanətlərin Sığortalanması Fonduna problem yaratmışdır.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan “Bank of Azerbaijan”ın qorunan əmanətçilərinə 21 milyon 529 min manatdan artıq, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə isə 621 min manatdan artıq kompensasiya ödənilib.”Texnikabank” ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 20 milyon manatdan artıq kompensasiya ödənilib.3 Bankın əmanətçilərinə cəmi 42 milyon 150 min manat ödənilib.Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ehtiyatı (fondu) 132 milyon manatdır. Beləliklə, Yanvarın sonundan müflis elan edilmiş banklara görə Fondun ehtiyatlarının artıq 32%-i geri ödənilib.”Texnikabank”ın əmanətçilərinə 120 milyon-dan artıq kompensasiya verilməlidir. Bankın bütün kompensasiyalarını ödəmək üçün Fond borca girməlidir. Bankların bağlanması Fondun likvidliyinə ciddi problem yaradır. Belə getsə Fond sığotalanan əmanətlərə görə faiz dərəcələrini artıracaq. Görünür bankların ləğv edilmə prosesinin dayandırılması məhs Fondun ehtiyatlarının azalması ilə bağlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir