Search
bank_melli_iran_070814

“Bank Melli Iran” Azərbaycanda filialının statusununu artırmaq niyyətindədir

“Bank Melli Iran” özünün Bakı filialının statusunun törəmə bank qismində dəyişdirilməsilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) təkliflə müraciət edib.

İran Mərkəzi Bankının Beynəlxalq əlaqələr departamentinin direktoru Hüseyn Yahqubi Miab çərşənbə günü Trend-ə deyib ki, AMB İran bankının ölkədə fəaliyyətini genişləndirməsinə ilkin razılığını ifadə edib və bu məsələni araşdıracağını vəd edib.

O bildirib: “Biz İran Mərkəzi Bankı kimi “Bank Melli Iran”ın təşəbbüsünü dəstəkləyirik və zərurət olarsa, onun kapitalının artırılmasına dəstək verməyə hazırıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir