Search
3594

Dollar dəyişmək üçün sərfəli banklar

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Unibank”dır. Bu banklarda Amerika valyutası 1,5068 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan banklar isə “Caspian Development Bank” və “Yapı Kredi Bank (Azərbaycan)”dir. Bu banklarda alış qiyməti 1,46 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB” və “Bank Silk Vey”dədir. Bu banklar dolları 1,515 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə Pakistan Milli Bankının Bakı filialıdır. Bu bankda satış qiyməti 1,57 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan bank “Parabank”dır – 1,7 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Azərbaycan Beynəlxalq Bankı”, “Muğanbank” və “Kapitalbank”dır – 1,65 manata. Avronu ən ucuz “Bank Silk Vey”, “Dəmirbank” və “Expressbank” satır – 1,73 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,7876 manata.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir