Search
257923

Bank BTB təsis edilməsinin dördüncü ildönümünü qeyd edir

Bank BTB 2014-cü ilin mart ayında təsis edilməsinin dördüncü ildönümünü qeyd etdi. Ötən il bankın bazarda mövqeyinin güclənməsi və qoyulmuş hədəflərin yerinə yetirilməsi baxımından çox uğurlu il olmuşdur. Bankın müştəri sayının və maliyyə göstəricilərinin sürətli artımı əhali arasında banka olan yüksək etimadın ən yaxşı göstəricisidir.

2013-cü ilin fəaliyyət nəticələrinə əsasən, aktivlər 49.16% artaraq ümumilikdə 136.88 mln. manat təşkil etmişdir. Kredit portfeli 22.46% artaraq nəticədə 101.64 manata çatmışdır. Depozit portfeli isə 30.16% artım ilə 55.84 mln. manata çatmışdır ki, bunun da 66.24%-ni fiziki şəxslərdən cəlb olunan vəsaitlər təşkil edir. Orta illik aktivlərin (ROAA) və kapitalın (ROAE) gəlirliyi müvafiq olaraq 1.40% və 7.24%-ə bərabər olmuşdur.

İnkişaf tempi xidmət şəbəkəsində də özünü göstərmişdir. Keçən il ərzində bankın Bakı şəhərində daha 4 filialı fəaliyyətə başlamışdır və hazırda xidmət şəbəkəsinə Baş Ofis, 10 filial və 4 şöbə daxildir.

Ötən ilin daha bir əlamətdar hadisəsi Bakı şəhərinin mərkəzi küçələrinin birində yerləşən və Baş Ofis üçün nəzərdə tutulan yeni binanın alınması olmuşdur.

Qeyd edək ki, Bank BTB 19 mart 2014-cü ildə (lisenziya № 254) təsis edilmişdir. 2014-cü ilin 31 mart tarixinə əsasən Bank BTB-nin məcmu kapitalı 53.40 mln. manat təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir