Search
lider

“Bank of Baku” “LİDER” pul köçürmələri sisteminə qoşulub

“Bank of Baku” “LİDER” beynəlxalq pul köçürmələri sisteminə qoşulub. Bu barədə şirkətin məlumatında bildirilir.

“İndi bankın müştəriləri rus rublu, ABŞ dolları və ya avro ilə pulların alınması və köçürülməsi xidmətindən istifadə edə bilərlər”, – deyə məlumatda qeyd edilir.

“Bank of Baku” 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir və respublikanın aparıcı kredit təşkilatlarının onluğuna daxildir. Bakı şəhəri və regionlarda bankın 20-dən artıq filialı fəaliyyət göstərir.

“LİDER” beynəlxalq pul köçürmələri sistemi 2003-cü ilin aprel ayından fəaliyyət göstərir. Sistem vasitəsilə 132 ölkədəki 130 min məntəqədə pul köçürmələri həyata keçirmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir