Search
92196834

Ray Tomlinson və Dünyanın İlk E-maili Haqqında

ABŞ ixtiraçısı, @ işarəsinin banisi Raymond Samuel Tomlinson ilk dəfə elektron poçtları bizə 45 il əvvəl bəxş etmişdi. İlk dəfə e-mail göndərməyi bacaran Ray təəssüf ki, 74 yaşında vəfat etdi. Ürək çatışmamazlığından vəfat edən Tomlinson, elektron xəbərləşmədə də böyük rolu olub.  

İlk E-mail’də nə yazılmışdı?

O, 1968-ci ildə şirkət müasir internetin sələfi olan “ARPANET” şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı.

1969-cu ilin yanvar ayının 2-də “ARPANET” adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir. Rey Tomlinson “ARPANET” (1970-ci illərdə şəbəkə artıq 15 düymə malik idi) şəbəkəsinin uzaq düymələrinə faylların ötürülməsini təşkil etmək üçün bir neçə istifadəçiyə eyni kompyuter çərçivəsində məlumatlar mübadiləsinə icazə verməklə “lokal” poçtu təşkil edən “SNDMSG” sistemi və fayllarının ötürülməsi protokolu “CYPNET” ilə təcrübə aparmağa başlayır.

İlk məlumatı Rey Tomlinson laboratoriyada olan kompüterlərin birindən qonşuluqda yerləşən digər kompyuterə göndərib. Kompyuterlər öz aralarında “ARPANET” vasitəsilə birləşdirilmişdi. Professor proqramın işlədiyinə əmin olana kimi məlumatı bir kompyuterdən digərinə dəfələrlə göndərib.

Ray Tomlinson

Çox keçmədən o, ilk məktubu “ARPANET” şəbəkəsində həqiqətən də uzaq məsafədə yerləşən kompyuterə yollayıb. İndi artıq Tomlinson öz birinci elektron məktubunun mətnini xatırlamır. Birinci şəbəkə ünvanı “tomlinson@bbn-tenexa” idi (Tenex — o zaman “Bolt Beranek and Newman” şirkətində istifadə olunan əməliyyat sistemidir).

Tarixin ilk e-mail sahibinin göndərdiyi ilk mesajda təxminən “QWERTYUIOP” hərflərinin yazıldığı deyilir. Bu ilk e-mail isə 1971-ci ildə ildə göndərilmişdi . “@” işarəsini istifadə etməkdə məqsəd isə istifadəçiləri bir-birindən fərqləndirmək idi. Həmin texnika hələ də istifadə olunmağa davam edir.

  Thank you, Ray Tomlinson, for inventing email and putting the @ sign on the map. 

Artıq 45 ildir ki, istifadə olunan elektronik poçtla gün ərzində 200 milyard e-poçt göndərilir. Bəlkə də bu kəşfi edənin kim olduğunu istifadəçilərin əksəriyyəti bilmir.

Mənbə: Pahoo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir