Search
284133

“AFB Bank” mənfəətini açıqladı

“AFB Bank” ASC 2016-cı ilin 1-ci rübünü 1 milyon 372 min manat xalis mənfəət ilə başa vurub. Yanvar-Mart aylarında Bankın cəmi gəlirləri 7 milyon 834 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 77 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 757 min manat təşkil edib.

Birinci rübdə Bankın cəmi xərcləri 3 milyon 278 min manat təşkil edib və 4 milyon 555 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 3 milyon 183 min manatı ehtiyatlara ayrılıb.

31 Mart 2016-cı il tarixinə “AFB Bank” ASC 373 milyon 641 min manat cəmi aktivə, 293 milyon 557 min manat cəmi öhdəliyə, 80 milyon 84 min manat cəmi kapitala malik olub.

“AFB Bank” “Gilan Holdinq”ə daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir