Search
images_3_1374145664

Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları

Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) aprelin 25-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7830 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AzərTAc-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7830 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 2.349.000 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7830 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 637.635,90 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7830 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 3.813.000 dollar, yaxud 2.986.635,90 manat təşkil etmişdir.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,20 faiz, ABŞ dolları üzrə isə 10,50 faiz təşkil etmişdir.
bEH sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında 88 gün müddətinə illik 7,25 faizlə 2.000.000 AZN həcmində əqd qeydə alınmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir