Search
ESQURBANOV-BANKOFBAKU

BANK Of BAKU İDARƏ HEYƏTİ SƏDRİNİN REGİONAL FİLİALLARIN İNKİŞAFI ÜZRƏ MÜŞAVİRİ ELGÜN QURBANOVUN MÜSAHİBƏSİ.

Bank of Baku-dan kredit almağın üstünlükləri hansılardır ?

Bank of Baku-dan kredit almağın başlıca üstünlükləri münasib kredit şərtləri, sürətli xidmət, peşəkar konsultasiya, bir neçə məhsulu eyni anda əldə etmə imkanı,  gələcəkdə bonuslardan və endirimlərdən faydalanma imkanı verən “Dostlar Klubu”na üzvlük, 7/24 çevik ödəmə imkanı və s.

Filialınızda ən çox hansı kredit növündən daha çox istifadə olunur?

Bank of Baku mütəmadi olaraq məhsul və xidmətlərini bazarın tələbinə və müştərilərin istəklərinə uyğunlaşdırmaq üzərində çalışır və bunun nəticəsidir ki, filialımızda Bankımızın müştərilərinə təklif etdiyi bütün məhsullardan istifadə olunur. Təbii bu məhsullardan Bolkart müştərilərimizə verdiyi sərbəstliyə və üstünlüklərinə görə daha da populyardır. Bolkart və digər istehlak kreditləri ilə yanaşı mikrokreditlər, kiçik və orta sahibkarlıq kreditləri kreditləri də müştərilərimiz tərəfindən intensiv istifadə edilir.

 BOB-un Filialları arasında, portfelinizə görə neçənci yerdəsiniz?

Ötən ilin göstəricisinə nəzər yetirsək filialımız Bank of Baku filialları arasında 12-ci sıradadır. Bu yaxınlarda Gəncədə bankımızın yeni filialı açılıb. ”Yeni Gəncə” adlı filial “Bank of Baku”-nun bu qədim Azərbaycan şəhərində sayca artıq ikinci filialıdır. “Bank of Baku”-nun “Yeni Gəncə” filialı N.Nərimanov prospekti, 42C ünvanında yerləşir. Gəncə filiallarımızda istehlak və biznes kreditləri rəsmiləşdirmək,əmanət yerləşdirmək,pul köçürmək,kredit kart sifariş etmək və digər xidmət və məhsullardan faydalanmaq olar. Birinci filialımız Gəncədə fəaliyyət göstərdiyi illər ərzində biz böyük müştəri bazası qazandıq. Yeni filialımız xidmət keyfiyyətinin təkmilləşdirilməsin yönəlib. Bankımızın Gəncədəki pərakəndə biznesi bu gün ölkə regionları arasında ən böyük və dinamik inkişaf edən sahələrindən biridir. Əldə etdyimiz nailiyyətlə kifayətlənməyərək, bu cür prioritet regionda fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik.

Saytınıza nəzər saldıqda online xidmətlərin çox olduğunu görürük, bu xidmət növünü inkişaf kimi qeyd etmək olarmı?

Əlbəttə, online xidmətlər, internet bankçılıq Bank of Baku-nun prioritet istiqamətlərindəndir və müasir dövrümüzü bu xidmətlərsiz təsəvvür etmək mümkün deyil. Yenilikçi Bank olaraq daim müştərilərimizə yüksək texnologiyaların tələblərinə cavab verən məhsul çeşidləri təqdim etməyə çalışırıq və gələcəkdə də bu istiqamətdə bir sıra yeniliklər planlaşdırılır.

Gəncədə online xidmətlərdən istifadə edirlərmi?

Son dövrlər Bakı şəhərində olduğu kimi regionlarda da müştərilərimiz online xidmətlərdən intensiv istifadə edirlər ki, bu da öz növbəsində müştərilərin innovativ bank məhsullarına olan ehtiyaclarının təzahürüdür. Dünyanın qabaqcıl bankçılıq təcrübələrini ölkəmizdə ilk tətbiq edən “Bank of Baku” müştərilərə nağd kredit üçün müxtəlif onlayn xidmətlər təqdim edir. “Bank of Baku”-nun saytına daxil olan müştərilər fərqli üstünlük və imtiyazlardan bəhrələnə bilər : internet bankçılıq, SMS bankçılıq,onlayn kredit ödənişi,onlayn kredit ərizəsi,plastik kart sifarişi,telefonla ödəniş 145, kommunal və digər xidmətlərin ödənişi və s. Təbii ki, bütün bu xidmətlərdən internetə çıxışı olan Gəncə sakinləri də faydalana bilər.

Bolkart sevənlərin Gəncə şəhərində də sayı kifayət qədərdirmi?

Bolkart sevənlərin sayı Gəncədə durmadan artmaqdadır, daha dəqiq desək bu say artıq 10000-i keçib.Bütün Azərbaycan boyunca isə bu rəqəm 210.000-i aşıb. Gəncə böyük və dinamik inkişaf edən bir şəhərdir. Və təbii ki, belə bir bölgədə insanların bank məhsullarına marağı da yüksək səviyyədədir. Güman edirik ki,  şəhər sakinlərinin hissə-hissə ödənişli Bolkart kredit kartına marağı artmaqda davam edəcək.  Gəncəlilər Boolkart ilə nağdsız alış-veriş edə, kartdan nağd pula çıxara, internetdə və xaricdə alış-veriş edə bilərlər.  Bir sözlə, Bolkart öz sahibinə əvəzedilməz imkan və fürsətlər verir.

Gəncədə Bolkartın ən güclü rəqibi kimdir?

Bildiyiniz kimi Azərbaycan Bank məhsulları bazarına təqdim olunan ilk taksit kartı Bolkartdır, sonradan bazara bənzər taksit kartları da digər banklar tərəfindən təklif olundu. Lakin Bolkart hazırda bütün ölkədə olduğu kimi Gəncədə də öz liderliyini qoruyur və hazırda müştərilər tərəfindən ən rəğbət bəslənən kredit kart brendidir.

Sizcə gələcəkdə bunların sayı arta bilərmi?

Təbii, bildiyiniz kimi ölkədə 40-dan artıq kommersiya bankı fəaliyyət göstərir, lakin, hələlik bir neçə bankın məhsul çeşidlərində taksit kart məhsuluna rast gəlmək olar. Bu da deməyə əsas verir ki, gələcəkdə bənzər məhsulların sayı arta bilər.

Müştərilər bolkartın üstünlüklərini necə dəyərləndirirlər?

Bildiyiniz kimi Bolkart saədəcə lokal taksit kartı deyil və Master Card bazası tərəfindən dəstəklənir bu da öz növbəsində müştərilərə nəinki ölkə daxilində hətta ölkə xaricində də sərhədsiz alış-veriş etmə, online ödənişlər həyata keçirmək və s. kimi üstünlüklər verir. Bütün bu sadalananlardan əlavə əlamətdar tarixlərlə (dövlət və peşə bayramları ərəfəsində) bağlı keçirilən nağdlaşdırma kampaniyaları da müştərilər tərəfindən rəğbətlə qarşılanır.

Suallarımızı cavablandırdığınız üçün çox minnətdarıq.   Təşəkkür edirəm.

Son olaraq qeyd etmək istədiyiniz xüsusi bir məqam varmı?

Bolkartınızı yanınızdan ayırmayın.

Müsahibə xüsusi olaraq kreditxəbər üçün verilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir