Search
258783

Bank BTB üzrə kreditlərin ödənilməsi artıq eManat terminalları vasitəsilə də mümkündür!

Bank BTB ilə “Modenis” MMC arasında olan əməkdaşlıq sayəsində kreditlərin eManat terminallarında ödənilməsi mümkün oldu. Hazırda şəbəkəyə Azərbaycan Respublikasının ərazisi üzrə mindən çox terminal daxildir, bu isə Bank BTB müştərilərinə kreditlərin onlara uyğun olan vaxtda ödənilməsi şəraitini yaradır.

Fasiləsiz çalışan sistem vasitəsilə kredit ödənişlərinin edilməsi bir neçə saniyə ərzində həyata keçirilir. Ödənişin edilməsi üçün doğum tarixi və altı rəqəmli xüsusi müştəri kodu daxil edilməlidir.

Həmçinin, terminallar vasitəsilə kredit sifarişi də etmək mümkündür. Sifariş üçün terminalda ad və əlaqə nömrəsi qeyd olunmalıdır. Qısa zaman ərzində bankın əməkdaşı ətraflı məlumat üçün müştəri ilə əlaqə saxlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir