Search
38484444

“Texnikabank”da krediti olanların nəzərinə!

Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Texnikabank”ın ləğvedicisi “M. M. M. Perfekt Konsaltinq” şirkəti bankın kreditorlarına müraciət edib. Müraciətdə bildirilir ki, banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir. Kreditorlar öz tələblərini qeydiyyata alınması üçün aprelin 15-nə qədər ləğvediciyə təqdim edə bilərlər. Xatırladaq ki,  “M. M. M. Perfekt Konsaltinq” şirkəti 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank”ın ləğvedicisi təyin edilib.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir