Search
bb

Azərbaycan Beynəlxalq Bankı əldə olunmuş mənfəətin müəyyən hissəsini dividendlərin ödənilməsinə yönəldəcək

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçirilib.

Bankdan  verilən məlumata görə, yığıncaqda kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2013-cü ilin maliyyə hesabatları təsdiq edilib.

İclasda il ərzində əldə olunmuş mənfəətin müəyyən hissəsinin dividendlərin ödənilməsinə, bankın səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılmasına yönəldilməsi barədə qərarlar qəbul edilib.

Yığıncaqda, həmçinin bankın Müşahidə Şurası və Audit Komitəsinin tərkibinə yeni üzvlər seçilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir