Search
Kapital_bank_logo_Album_080612

Kapital Bank depozitlər üzrə faiz dərəcələrini artırıb

Mayın 20-dən Kapital Bank bazara yeni depozit növləri təqdim edib. Bankın depozit məhsullarının şərtləri indi daha sərfəlidir. Bankdan Trend-ə verilən məlumata görə, illik faiz dərəcələri depozitin müddətindən və növündən asılı olaraq 12%-ə qədər artırılıb. İndi depoziti rahatlıqla artırıb azaltmaq imkanı da var. Bankda vəsait yerləşdirən müştərilərə dəyərli ödəniş kartları hədiyyə edilir. Üstəlik, onlara istəklərindən asılı olaraq çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır.

Amma hələ bu da son deyil. İyunun 1-dən Kapital Bankda depozitlər üzrə uduşlu lotereyaya start verilir. Lotereyanın şərtlərinə görə, 50 gün ərzində Bankda əmanət yerləşdirənlərdən hər gün 1 nəfər şanslı əmanətçi 500 AZN qazanacaq. Kampaniyanın sonunda isə (21 iyul) super-priz olaraq 1 qalib müştəriyə 25000 AZN mükafat veriləcək. Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü kapitalbank.az saytında və Kapital Bankın facebook səhifəsində elan olunacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir