Search
kredit

Problemli kreditlərin həcmi 1 milyard manata çatdı

Vaxtı ötmüş kreditlərin böyük bir hissəsini istehlak kreditləri təşkil edir

Banklarda problemli, yəni qaytarılma vaxtı keçmiş, amma geri ödənməyən kreditlərin həcmi artıb.

Bu rəqəm artıq bütün bank sektorunu narahat etməyə başlayıb. Amma bu rəqəmin artmasının qarşısını müəyyən qədər almaq olar. Bu, məqsədlə də banklar müştərilərə müxtəlif variantlar təklif edir.

Rəsmi rəqəmlərə görə, əgər ötən ilin ilk rübündə problemli kreditlərin həcmi 760 mln AZN idisə, bu ilin eyni dövrü ilə müqayisədə bu 93 mln AZN artaraq, 853 mln AZN-ə çatıb. Vaxtı ötmüş kreditlərin böyük bir hissəsini istehlak kreditləri təşkil edir. Vətəndaşlar götürdüyü kreditləri qaytara bilmədikdə, bir çox hallarda banklarla əməkdaşlıqdan çəkindiyindən vəziyyət daha da ağırlaşır. Kreditin üzərinə gələn cərimələr isə borcu daha da artırır. Amma bank mütəxəssisləri bu cür hallardan bir sıra çıxış yolları təklif edirlər. Krediti qaytara bilmədiyini görən müştəri ilk olaraq banka müraciət edə bilər. Bu, zaman kreditin müddəti dəyişmədən ona, yeni ödəniş qrafiki tərtib edilməsinə dair tərəflər arasında əlavə sənəd imzalanır.

Növbəti addım isə kreditin qaytarılması istiqamətində əlavə müddətin verilməsi ola bilər. Yəni vətəndaş müqavilənin müddətini artırmaq istəsə, müqavilə bitdikdən sonra banka müraciət edə bilər və əvvəlki müddətdən artıq olmamaq şərtilə krediti qaytarmaq üçün zamanı uzada bilər. Bu halda banklar müştərinin ödəmə qabiliyyəti əsas götürürlər.

Yeni müqavilə imzalanarkən bu zaman banklar kredit faizlərini də nisbətən aşağı sala bilərlər. Mütəxəssislər vətəndaşlara məsləhət görürlər ki, kreditin qaytarılması ilə bağlı problem yaranarsa, özləri banklarla əməkdaşlığa meyilli olsunlar. Əks halda bank hüquq-mühafizə orqanlarına üz tutmalı olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir