Search
27124

Bankda VAKANSİYA

“Bank of Baku” maliyyə departamentinə kiçik ekspert vəzifəsinə işə qəbul elan edib. Ali təhsilli, sahə üzrə 1-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 2-dir.

Namizədə dair tələblər: 

 Ali təhsil (maliyyə, iqtisadiyyat, BBA/MBA)
Sahə üzrə 1-3 il iş təcrübəsi
Azərbaycan dili – əla, rus və ingilis dilləri – yaxşı
MS Office proqramları ilə işləmə bacarığı
Yüksək təhlil qabiliyyəti
Təzyiq altında işləmə bacarığı

Əsas vəzifə öhdəlikləri

Maliyyə təhlili və hesablamaların aparılması
Maliyyə Departamentinin gündəlik və dövri hesabatlarının hazırlanması
Aktiv və passivlərin və balansdankənar öhdəliklərin strukturunun optimallaşdırılması
Bankın gəlirliliyinə nəzarət və gəlirliliyə təsir edən amillərin təhlili
Bankın likvidlik, faiz və valyuta risklərinin təhlili və müvafiq təkliflərin hazırlanması

İş şərtləri:

Iş vaxtı: 5 iş günü, 09.00-18.00
İş yeri: Baş Ofis
Əmək haqqı: net min. 500 AZN

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Maliyyə sözü qeyd edilməlidir.

Telefon: (012) 447 00 55




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir