Search
parabank banknewsaz

Bank filiallar üzrə Baş mühasib axtarır

Namizədə tələblər

  • Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
  • Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməli;
  • Excel proqramının bütün  dərinliklərini bilməli;
  • Bank mühasibatlığı  sahəsində minimum  üç  illik təcrübəyə malik olması;
  • Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
  • Müvafiq proqram təminatları  və riyazi təfəkkür qabiliyyəti;

    Əsas vəzifələri:

  • Hər əməliyyat gününün əvvəlində xəzinədən dövriyyə kassasına nəğd pul vəsaitlərinin  və digər qiymətlilərin mədaxil edilməsinə nəzarət;
  • Gün ərzində aparılmış bütün əməliyyatlar üzrə elektron bazaya yığılmış mühasibat yazılışlarının tamlığına və düzgünlüyünə nəzarət edilməsi  və müəyyən olunmuş limit çərçivəsində onların  təsdiq edilməsı (verifikasiya).
  • Filialda kreditlərin rəsmiləşdirilməsi ilə bağlı tələb olunan sənəd paketinin  tamlığı,  tərtib olunmuş  kredit müqaviləsinin düzgünlüyünün  yoxlanılması və kredit müqaviləsinin hər bir səhifəsində imza etməklə təsdiq edilməsi;
  • Filialda əməliyyatçı tərəfindən yeni kredit üzrə açılmış kataloqun tam və düzgün doldurulmasına nəzarət və təsdiq olunmuş limit və kredit növünə uyğun olaraq təsdiq edilməsi (verifikasiya).
  • Filialda əməliyyatçı tərəfindən yeni depozit üzrə açılmış kataloqun tam və düzgün doldurulmasına nəzarət və tərtib olunmuş  depozit müqaviləsinin düzgünlüyünün  yoxlanılması.
  • Filialın gündəlik balansının proqramda açılması, xarici valyutaların rəsmi məzənnə kurslarının proqrama daxil etməsi, avtomatik əmələ gələn müxabirləşmələr rejiminin keçirilməsi, filiallararası hesablaşmalar üzrə qalıqların yoxlanılmasından sonra filialda əməliyyat gününün bağlanması, əməliyyat günü ərzində aparılmış əməliyyatların ilkin sənədlərlə üzləşdırılməsı, bağlanmış balansın çap edilmiş variantının imzalanması , imza üçün filial müdirinə təqdim edilməsi və əməliyyat gününün bütün elektron məlumatlarının təyin olunmuş vaxtda Baş Banka ötürülməsinin təmin edilməsi.
  • Əməliyyatçılar tərəfindən balansdankənar hesablarda aparılan əməliyyatlara nəzarət, balansdankənar hesabların qalıqlarının ayda bir dəfədən az olmamaqla qiymətlilərin çeşidinin sayı ilə üzləşdirilməsini icra etmək.
  • Filialın elektron bazasında kredit kataloqu üzrə ehtiyat məbləğinin balans məbləği ilə üzləşdirməklə müntəzəm olaraq yoxlanması.
  • Filialın əməliyyat günü bağlandıqdan sonra gün ərzində aparılmış bütün əməliyyatlar üzrə bazaya yığılmış məlumatların mütləq qaydada elektron arxivləşməsini həyata keçirmək,  təqvim ili başa çatdıqdan sonra isə Filialın elektron bazası imzalarla təsdiq olunmuş aktla Maliyyə Departamentinə təhvil verilməsini təmin etmək.

CV-ləri vakansiya@parabank.az ünvanına göndərməyiniz xahiş olunur




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir