Search
293c13941f5149960571ee31f9fece25_XL

Nobel Sülh Mükafatı satıldı

Nobel Sülh Mükafatı, 1,1 milyon dollara satıldı. 

“Stack’s Bowers” Qalereyası tərəfindən hərraca çıxarılan 1936-cı ilə aid Nobel Sülh Mükafatı, Asiyada şəxsiyyəti açıqlanmayan bir kolleksiyaçı tərəfindən satın alınıb. ABŞ-ın Maryland əyalətindəki hərracda mükafata sahib olmaq   üçün 4 kolleksiyaçı var gücü ilə yarışıb.

1901-ci ildən bu yana 94 Nobel Mükafatı verilib. 1936-cı ildəki mükafata Bolivya və Paraqvay arasındakı Chaco Döyüşünü (1932-1935) dayandırmaq üçün mübarizə aparmış  Argentinanın sabiq Xarici işlər naziri Carlos Saavedra Lamas layiq görülmüşdü. Lamas 1959-cu ildə vəfat etmişdir. Lamas öldükdən sonra bir neçə dəfə əl dəyişdirən mükafat, 20 il əvvəl Amerikalı bir kolleksiyaçı tərəfindən Cənub Amerikada bir sələmçi dükanında tapılmışdı. Bundan əvvəl 1903-cü ilin  Nobel Sülh Mükafatı, Londonda 1985-də təşkil edilən hərracda təxminən 17 min dollara satılmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir