Search
photo_42573

29 İYUN təqvimdə

2011-ci il. Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib. 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkili üçün şərait yaradılıb.

2011-ci il. Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışı olub. Paytaxt metrosunun sayca 23-cü stansiyası olan “Dərnəgül” “Azadlıq prospekti” stansiyasının davamı olaraq, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilib və 7-ci mikrorayon yaşayış massivini əhatə edir.

1925-ci il. İtaliyanın 11-ci Prezidenti (2006-2015), jurnalist və siyasətçi Ciorcio Napolitano anadan olub.

2007-ci il. “Apple Inc.” şirkəti ilk “iPhone” smartfonlarını istehsal edib.

1978-ci il. Amerikalı məşhur müğənni və aktrisa Nikol Şerzinger anadan olub.

AzərTac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir