Search
photo_42573

15 İYUN təqvimdə

1993-cü il. Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib.
Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ağır ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən nicat yolunu Heydər Əliyevdə görən xalqımız dahi şəxsiyyəti hakimiyyətə dəvət etdi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü və gənc müstəqil respublikanı parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu. Milli Məclisin qərarı ilə 1997-ci ildən etibarən 15 iyun – Milli Qurtuluş Günü kimi qeyd olunmağa başlanıb.
1667-ci il. Fransalı həkim Jan-Batist Deni (1643-1704) ilk dəfə olaraq insan orqanizmində qanköçürməni həyata keçirib.
1844-cü il. Amerikalı ixtiraçı və sənayeçi Çarlz Qudyear (1800-1860) kauçukun gücləndirilməsi prosesini – vulkanizasiyanı kəşf edərək patentləşdirib. İxtiraçının ölümündən təxminən 40 il sonra qurulan və hazırda dünyada avtomobil şinləri istehsalçısı olan “Goodyear” şirkəti məhz bu alimin şərəfinə özünə belə bir ad seçib.
1954-cü il. İsveçrənin Bazel şəhərində Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) təsis edilib. Hazırda bu qurum 55 milli futbol assosiasiyanı birləşdirir.
Təşkilatın ali orqanı üzv assosiasiyaların nümayəndələrinin iştirakı ilə ildə bir dəfə keçirilən Konqresdir. UEFA-nın İcraiyyə Komitəsi əsas icraedici orqandır. Komitə UEFA prezidentindən və Konqresin seçdiyi 15 üzvdən ibarətdir.

 

Mənbə: Azərtac

TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir