Search
atasigorta

“AtaSığorta” ASC nizamnamə kapitalını 10 milyon manata çatdırmışdır

AR Qiymətli Kağızlarüzrə Dövlət Komitəsi tərəfindən “Atasığorta” ASC-nin 2,4 milyon manat həcmində səhmləri qeydiyyata alınmışdır. Emissiya çərçivəsində nominal dəyəri 25 manat olan 96000 səhm buraxılmışdır. Bununla da şirkətinnizamnamə kapitalı 10 milyon manata çatmışdır.

Nizamnamə kapitalının növbəti dəfə artırılması ilə bağlı “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri cənab Müseyib Əliyev bildirmişdir: “Azərbaycan Respublikasında sığorta sektorunun dinamik inkişafı sığorta şirkətləri qarşısında müəyyən imkanlar yaradır. Bu imkanların həyata keçirilməsi üçün sığorta şirkətlərinin maliyyə gücünün müntəzəm şəkildə artırılması mühüm əhəmiyyət kəsb edir. AtaSığorta öz müştəriləri və tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək və özünün maliyyə sabitliyini təmin etmək üçün gələcəkdə də nizamnamə kapitalının artırılmasını davam etdirəcəkdir”.

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 5 filial, 8 nümayəndəlik və 6 satış ofisi daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir