Search
dollar_3010278b

Dollar yenə qalxacaq

Mərkəzi Bankın vasitəsilə bu gün keçirilən hərracda da kommersiya banklarının dollara olan faktiki tələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminən 300 mln. dollardır.

Buna görə də martın 9-na olan dolların minimal məzənnəsinin 1,6185 manat olacağı gözlənilir. Lakin məzənnənin 1,6200 AZN/USD həddini üstələyəcəyi də istisna edilmir. Buna səbəb isə banklararası valyuta sövdələşmələrində dolların alış-satış məzənnəsinin daha da yüksəlməsi ola bilər.

“Martın 9-na olan rəsmi məzənnə 1,6185 AZN/USD müəyyənləşərsə, artıq çərşənbə günü kommersiya bankları 4%-lik marjanı nəzərə almaqla nağd dolların satış məzənnəsini maksimum 1,6832 AZN/USD-yə kimi artıra bilər”, – deyə analitiklər bildiriblər.

Qeyd edək ki, bu gün Bakıda nağd dollar 1,6650 manat qiyməti ilə satılır və marja nəzərə alınmaqla satış məzənnəsi 1,6750 AZN/USD-yə kimi artırıla bilər.

Xatırladaq ki, ötən həftənin cümə günü ARDNF hərracda 100 mln. dollar həcmində valyutanı satışa çıxarıb, kommersiya banklarının tələbatı isə təxminən 3 dəfə artıq, yəni 290 mln. dollar olub.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir