Search
2

2 iyun təqvimdə

1938-ci il. Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Prezident İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.

1993-cü il. Azərbaycan dəmir yolunda ermənilərin növbəti təxribatı həyata keçirilib. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu partladılıb. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin casusu kimi Azərbaycana göndərildiyini, təxribatçı qrupun Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdiyini etiraf edib.

1979-cu il. Tanınmış kinorejissor Hüseyn Seyidzadə vəfat edib (1910-1979). Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qaynana” bədii filmlərini çəkib.

1953-cü il. Londonun Vestminster abbatlığında Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetin tacqoyma mərasimi olub.

1988-ci il. Böyük Hindistan rejissoru və aktyoru Rac Kapur (1924-1988) vəfat edib. “Avara”, “Cənab 420” və digər filmləri ilə Azərbaycan tamaşaçısının sevgisini qazanan Rac Kapur 1956-cı ildə Bakıya səfər edib, Azərbaycanın dahi müğənnisi, yaxın dostu Rəşid Behbudovun qonağı olub.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir