Tesla ilə başlayan elektrikli avtomobil dalğası artıq Almaniyada da sürətlə yayılır. BMW-nin artıq elektrikli maşın sektorunda söz sahibi olması, Daimler-in yeni elektrikli maşınlarını tanıtdığını, Volkswagen-in yaşadığı böhrandan sonra elektrikli avtomobil konseptlərini təqdim etdiyini nəzərə alsaq Almaniyanın belə addım atması təəccüblü görünmür.

Ancaq elektrikli avtomobillər benzin və dizellə işləyən maşınlarla müqayisədə hələ də çox azdır. Almaniyada qeydiyyatdan keçmiş 130 min hibridli və 25 min tam elektrikli avtomobillə müqayisədə 30 milyon benzinli və 14.5 milyon dizel avtomobil var. 2020-ci ilə qədər karbon emissiya dəyərini 40 %-ə qədər endirməyi planlaşdıran Almaniya höküməti elektrikli avtomobilləri populyarlaşdırmaq üçün yeni layihələr açıqlağa hazırlaşır.