Search
agbank

AGBank-ın tərəfdaşlığı ilə Bakıda Enactus Milli Yarışma-sı keçirilir.

Əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulan “Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Entrepreneurial Action Us – Enactus) proqramının sosial əhəmiyyəti insanların həyat və yaşam standartlarını yaxşılaşdırılmasından ibarətdir. Azərbaycan 2005-ci ildə bu proqrama qoşularaq dünya kuboku yarışlarında iştirak etmək hüququnu qazanıb.

Ənənəvi olaraq hər Enactus akademik ilinin sonunda keçirilən Milli Yarış bu il 30-31 may tarixlərində AGBank ASC və digər dövlət strukturlarının təşkilatı və maliyyə dəstəyi ilə həyata keçir.

IX Milli Yarış -da 12 Enactus Azərbaycan komandası iştirak edir. Komandalar tərəfindən 30-dan artıq layihələr təqdim ediləcək və onlar yarımfinal mərhələsində 2 liqada yarışacaqlar. Hər liqada iştirak edən 6 komandadan finala çıxan 4 komanda 31 may tarixində final mərhələsində yarışacaqdır. Yarışmanın məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, azad biznes və idarəçilik prinsiplərini təbliğ etməkdir.

Qalib komanda Azərbaycanı Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Enactus Dünya Kuboku 2014 –də təmsil etmək şansını qazanacaq.

Artıq 9 ildir ki, AGBank ASC bu Milli Yarışma-nın “Diamond” tərəfdaşı olmaqdan qürur duyur və gələcəkdə də bu kimi mədəni-maarifləndirici layihələrə öz imzasını atmağa ümid edir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

AGBank, zəngin olmaq – haqqınızdır


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir