Search
dollar

Dollarla kredit götürənlərə xoş xəbər

“Atabank” dollarla kredit götürmüş müştərilərinə bir sıra güzəştlər tətbiq edib. Bank rəhbərliyi devalvasiya, onun yaratdığı çətinliklər, eləcə də dollarla kredit götürmüş müştərilərin kredit ödənişlərində ki problemləri nəzərə alaraq müştərilərə daha sərfəli variantlar təklif edib. Güzəştlərin çeşidinin çox olması ilə yanaşı, bəzi güzəştlər hətta manat kreditlərinə də şamil edilib. Nəticədə, bunlardan demək olar ki, bütün müştərilər faydalana bilər.

Faiz dərəcəsində 10% azalma

“Atabank”ın təklifləri arasında diqqəti ən çox cəlb edən məqam kreditlərin illik faiz dərəcəsinin 10% azaldılmasıdır. Belə ki, bankdan 24%-lə nağd pul krediti götürənlərə illik faiz dərəcəsinin 14%-ə salındığı bildirilir. Bu isə aylıq ödənişin məbləğini xeyli azaldır.

Məsələn, bankdan 4 il müddətinə 5 min dollar borc alanlar ayda 163 dollar ödəyirsə, güzəşt edildikdən sonra bu məbləğ 137 dollara düşür.

7 ilə qədər uzadılan müddət

“Atabank”ın dollar müştərilərinə təklif etdiyi digər güzəşt isə kredit müqaviləsinin müddətinin 7 ilə qədər artırılmasıdır. Bankda deyirlər ki, müddəti artırmaqda məqsəd müştərinin hər ay manatla olan ödənişinin məbləğini devalvasiyadan əvvəlki səviyyəyə endirməkdir.

Yəni, tutaq ki, vətəndaşın aylıq ödənişi 100 dollardır və o, dollar bahalaşmazdan əvvəl hər ay banka 105 manat ödəyib. İndi kursda isə isə 160 manat ödənilməlidir. Müqavilənin müddətini uzatdıqdan sonra aylıq ödəniş 65 dollara salınır ki, bu da elə 105 manat deməkdir. Yəni, manatla borc yükü əvvəlki səviyyədə qalır.

Cərimə faizləri 100% silinəcək

Bankın dollar müştərilərinə əsas güzəştlərindən biri cərimə faizlərinin silinməsidir. Bankda bildirirlər ki, dollar və digər xarici valyutalarda kreditlər üzrə gecikməyə görə cərimə faizlərinin hesablanması  dayandırılıb.

“50 / 50” qaydası

Maraqlı güzəştlərdən biri 50% / 50% qaydasıdır. Bank işçiləri izah etməsələr, müştərilərin çoxu bu güzəştin mahiyyətini anlaymayacaqlar.  Məsələ belədir, adətən banka ödənilən aylıq məbləği bir hissəsi əsas borcun, digər hissəsi isə ona hesablanan aylıq faizlərin ödənilməsinə sərf edilir. gedir. Kreliti təzəcə başlamısınızsa, məbləğin böyük hissəsi faizlərin ödənişinə gedir. Əgər müştəri aylıq ödənişdən az məbləğ ödəyirsə, bu məbləğ ilk növbədə faizlərə sərf edilir, qalan hissə isə əsas borca yönəldilir. Nəticədə ola bilər ki, müştəri hər ay banka ödəniş etsə də, əsas borcu dəyişmir. Yəni banka olan borcu azalmır. İndi isə bank bu şərti də dəyişib. Yeni qaydalara görə, müştərinin hansı məbləği ödəməsinən asılı olmayaraq,  ödənişin 50%i əsas məbləğin silinməsinə, 50%-i isə faizlərin ödənilməsinə yönəldiləcək. Nəticədə əsas məbləğ getdikcə azalacaq və bu da daha az faiz məbləğinin hesablanmasına imkan verəcək.

Avtomobilin qiyməti düşübsə, faiz ödəmirsən

Bankın ən maraqlı güzəşti avtomobil krediti götürənlərədir. “Atabank”ın dollarla götürülmüş avtomobil kreditləri üçün də güzəştləri var. Qeyd edək ki, devalvasiya nəticəsində ödənişlərin məbləği artıb, avtomobilin dəyəri isə azalıb və bankda bunu nəzərə alıblar. Beləliklə, yeni qaydalara görə, əgər avtomobiin bazar dəyəri banka qalan borcun məbləğindən aşağıdırsa, onda bu kreditə görə faiz ümumiyyətlə hesablanmır, yəni maşının sahibi sadəcə kreitin əsas məbləğini ödəyir. Məsələn, vaxtilə 20 min dollara alınmış avtomobilə görə, 12 min dollar kredit məbləği qalıbsa, amma avtomobilin bazar dəyəri 7-8 min dollardırsa, maşının sahibi sadəcə əsas məbləği ödəyir, bu məbləğə faizlər hesablanmır. Amma bu yalnız o hala aiddir ki, borcun məbləği avtomobilin dəyərini keçsin. Avtomobilin dəyəri borcdan artıq olduqda isə ona faizlər aid qaydada hesablanacaq.

Krediti bağlayanlara cərimə və məzənnə güzəşti

Bankın digər güzəşti krediti tam ödəyib bağlayanlara aiddir. Şərtlərə görə, dollar krediti tam bağlananda indiyədək həmin kreditin gecikməsinə görə hesablanan cərimələr 100% silinir. Üstəlik, krediti tam bağlayan müştəriyə dollar AMB-nin rəsmi məzənnəsi ilə satılpacaq. Məsələn müştəri banka dollarla olan kredit borcunu tam bağlamaq istəyir. Həmin gün bankda dolların satış qiyməti 1,6 manat, AMB-nin məzənnəsi isə,  məsələn 1,56 manatdırsa, Atabank həmin müşəriyə dolları 1,6 manat hesabı ilə yox, 1,56 manat hesabı ilə satacaq.

Oxşar güzəşt manat kreditini bağlayaenlara da tətbiq ediləcək. Amma bu halda gecikməyə görə hesablanan cərimələrin 50%-i silinəcək.

Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir