Search
agbank

AGBank-dan yenilik – İNNOVATİV PROQRAM

«AGBank» daxili əməliyyat sistemini (T24) yeniləyərək sistemin yeni proqram versiyasını tətbiq edib. Bankdan verilən məlumata görə, mütəxəssislər «T24» proqramını daha proqressiv və innovativ etmək məqsədi ilə ötən ilin sentyabr ayından bu günə qədər yeni versiya üzərində çalışaraq uğurlu nəticələ alıblar. Belə ki, bu gün «AGBank» adı çəkilən proqramın yenilənmiş «Reliz 15» versiyasını istifadəyə verib. Üstün imkanlar və funksiyalar təklif edən yenilənmiş versiya gələcəkdə aparılacaq əməliyyatların daha təkmil səviyyədə həyata keçirilməsinə xidmət edəcəkdir. Proqramın yaradılmasında 33 mütəxəssisdən ibarət komanda çalışıb. Onu da qeyd edək ki, bütün MDB və Baltikyanı ölkələr arasında bu yeni versiya ilk dəfə Azərbaycanda, AGBank-da tətbiq olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir