Search
agbank

“AGBank”-dan onlayn kredit ödənişləri.

İndi AGBank müştərilərə hər gün 24 saat fasiləsiz olaraq daha rahat xidmət göstərmək məqsədi ilə www.agbank.az saytından onlayn kredit ödənişlərini qəbul edir.
Kredit ödənişi nağdsız bankın internet səhifəsi vasitəsi ilə qəbul olunur. Müştəri ödəniş qəbzini anında çap edə və növbəti gün kredit ödənişini təsdiq edən SMS bildirişi ala bilər.
Saytın “Fiziki şəxslər” üçün nəzərdə tutulan bölməsində “Onlayn kredit ödənişi” link-nə daxil olaraq açılan səhifədə “Müştəri kodu” və “Doğum tarixi” məlumatı qeyd edilməlidir. Xidmət Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Eyni zamanda qeyd etmək istərdik ki, AGBank müştərilər üçün MilliÖn terminalları vasitəsi ilə kredit ödəmək imkanı yaratmışdır. Terminallar və sayt vasitəsi ilə kredit ödənişləri müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.
AGBank – zəngin olmaq haqqınızdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir