Search
sosial-mnzillrin-tik-a730e6e8f276e3c42c84

Abid Şərifov Mənzil İnşaatı Dövlət Agentliyinin işi barədə açıqlama verib

Heç kim sübhə etməsin ki, sosial binaların tikintisi ilə məşğul olan bu yeni qurumun (Mənzil İnşaatı Dövlət Agentliyi) biz nəticələrini görəcəyik.

Bunu ANS telekanalına açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

“Artıq, baxmayaraq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin yaranmasından çox qısa müddət keçib, birinci növbədə 50 h yer ayrılıb”, Baş nazirin müavini bildirib.

Yerin harada olduğu dair məlumatı A.Şərifov açıqlamayıb: “Hesab edirəm ki, hələ bir neçə yer daha ayrılacaq. Dünən artıq layihə işinə başlaması üçün Agentliyə 10 milyon manat vəsait ayrılıb”.

Onun sözlərinə görə, Agentlik təkcə bir evin yox, bir mikrorayon və yaxud bir böyük yaşayış massivin tikintisi ilə məşğul olacaq.

Trend

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir