Search
ev3-388x220

Sosial evlər tikiləcək

Aztəminatlı ailələrin mənzil problemi həll olunacaq.

Bakıda  və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacaq.

Bunu Aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğuladı, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, sosial evlər layihəsi vətəndaşlara yüngül şərtlərlə mənzilə sahib olmaq imkanı verir. Evlər sosial mənzil fondları tərəfindən tikilir və sonda ev sahibinə qalması şərtilə, uzunmüddətli, aşağı aylıq ödənişlər ilə satılır.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir