Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın günlərdə uçot dərəcələrini dəyişdirə bilər. Fins.az – ın məlumatına görə, bu barədə AMB-nin İdarə Heyətinin sədr müavini Xaqani Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu məsələ təmsil etdiyi qurumun bu günlərdə keçiriləcək Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsinin iclasında müzakirə olunacaq. İclasın nəticəsinə görə, uçot dərəcəsi artırıla da bilər, azaldıla da bilər.
Xatırladaq ki, sonuncu da AMB uçot dərəcəsini ötən ilin fevral ayında 0,25% azaldıb və 4,75%-də saxlayıb.
fins.az