Search
dollar-bill-166312_640

​500 avroluq yığışdırılır

Avropa Mərkəzi Bankı (ECB) müvafiq qərar qəbul edilmədən 500 avroluq əsginasların toplanılmasına başlayıb. “Die Welt” qəzetinin yaydığı məlumata əsasən, dövriyyədən 500 avroluq əsginasların yığışdırılması prosesi ətrafında diskussiyalar bir neçə aydır davam edir. Bununla bağlı rəsmi qərar qəbul edilməsə də, mayın 4-də ECB-nin bu məsələ ilə əlaqədar xüsusi iclas keçirəcəyi bildirilir.

Lakin ECB-nin statistik hesabatından məlum olub ki, dekabr ayından etibarən dövriyyədə olan 500 avroluq banknotların sayı artıq azalmağa başlayıb. Belə ki, hesabata görə, dekabr-mart ayları ərzində banknotların sayı 3,1% azalaraq 613 559 542-dən 594 417 006-ya düşüb. Beləliklə, ECB təxminən 20 mln. ədəd, yəni 10 mlrd. avroluq əsginasları dövriyyədən çıxarıb.

ECB-nin 500 avroluq əsginasları dövriyyədən çıxarmasının əsas səbəbi banknotların kriminal dairələrdə geniş istifadə olunması ilə bağlıdır.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir