Search
dollar-bills_thumb1

Dollar bahalaşacaq

“Bloomberg” agentliyinin 47 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə əsasən, Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin 2016-cı ildə ikinci dəfə monetar ekspansiya ilə bağlı qərar verəcəyi bildirilib.

ECB bu ilin mart ayında 3 faiz alətinin hər birində azalma edib. Bank marjinal borclanma faizini 0,25%-ə, uçot dərəcəsini 0%-ə, depozit faizlərini isə -0,4%-ə endirib. Buna baxmayaraq, avrozonada iqtisadi artım və inflyasiya müşahidə olunmayıb. Belə ki, mart ayında avrozonada inflyasiya 0%, son rüb ÜDM artımı isə 0,3% olub. ECB monetar ekspansiya vasitəsilə iqtisadi artımı sürətləndirməyə çalışsa da, qiymətli kağızların geri alınması yolu ilə iqtisadiyyata 1,1 trln. avro (1,24 trln. dollar) vəsaitin daxil edilməsi hələlik öz bəhrəsini verməyib.

“Bloomberg”in sorğusunun nəticələrinə əsasən, respondentlərin 61%-i ECB-nin sentyabrın 8-də keçirəcəyi iclasda monetar ekspansiya ilə bağlı qərar qəbul edəcəyi proqnozlaşdırılır. Respondentlər ECB-nin istiqrazları geri alaraq maliyyə bazarlarını nağd vəsaitlə təmin etməsindən çox depozit və marjinal borcvermə faizlərini 10 bənd azaldacağını ehtimal edirlər.

Yerli analitik qrupu Report hesab edir ki, yeni monetar ekspansiya avronun dollarla müqayisədə zəifləməsinə səbəb ola bilər. Bundan başqa, iyunun 23-də Böyük Britaniyada Avropa İttifaqından ayrılmaq üçün (Brexit) referendumun keçirilməsi planlaşdırılır ki, bu hadisə ərəfəsində də avronun təzyiq altında olacağı ehtimal edilir. Məhz iyun ayında ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq ehtimalları analitiklər tərəfindən yüksək qiymətləndirilir. Bu üç səbəb dolların dünya bazarında möhkəmlənməsi üçün şərait yarada bilər. İlin ikinci yarısından etibarən USD/EUR məzənnəsinin 1,05-ə qədər azalması ehtimalı getdikcə güclənir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir