Search
photo_63266

Yer üzündə yaşayan ən yaşlı onurğalı aşkarlanıb

Qrenlandiyanın köpəkbalıqları yer üzündə yaşayan ən uzunömürlü onurğalılardır, alimlər bildirir.

28 akulanın yaşını öyrənmək üçün istifadə edilən radiokarbon analizi nəticəsində bir dişi balığın təqribən 400 yaşında olduğu məlum olub.

Tədqiqat balıqların ildə 1 sm böyüdüyünü və cinsi yetkinliyə təqribən 150 yaşında çatdığını müəyyən edib.

Elmi araşdırmanın nəticələri Science dərgisində dərc olunub.

Bundan əvvəl ən yaşlı onurğalı 211 yaşında olduğu güman edilən yaybaşlı balina sayılırdı.

Qrenlandiyanın köpəkbalıqlarının uzunluğu 5 metrə çata bilər.

Asta hərəkət edən nəhəng balıqlara Şimali Atlantikanın dərin sularında rast gəlmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir