Search
709607_483355

“Mərkəzi Bank cavab verməlidir”

Artıq iki həftəyə yaxındır ki, ölkədə manatın ucuzlaşması panikaya səbəb olub. İstər bankların dollar satışının dayandırması, istər “qara bazar”ın formalaşması fonunda Mərkəzi Bank susmağa davam edir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın mövqeyi ilə bağlı açıqlama verib. Vahid Əhmədov bildirdi ki, Mərkəzi Bank pul siyasətinə cavabdeh orqandır:
“Yaranmış problemlərlə bağlı MB özü cavab verməlidir. Öncədən proqnozlar verilmişdi və Mərkəzi Bank ölçü götürüb qabaqlayıcı tədbir görməli idi. Dollar qıtlığı necə yarandı, nədən yarandı, mən başa düşə bilmirəm. Dollar qıtlığı yaranmaqla daha ciddi problemlərlə üzləşirik. “Qara bazar”da dollar kursunun qalxmasından insanlar faktiki olaraq çox narahatdılar. Bununla bağlı isə, Mərkəzi Bank genış şərh verməlidir.”
qaynarinfo



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir