Search
209804_482717

Zukerberq “Facebook”dakı səhmlərini satır

“Facebook”un qurucusu və CEO-su Mark Zukerberq “Facebook”dakı səhmlərinin bir qismini satışa çıxarıb. Satış 95 milyon dollar dəyərində, təxminən 768 min səhm deməkdir.
Zukerberqin səhm satışı nağd pul əldə etmək istəyi ilə deyil, xeyriyyə işləri ilə bağlıdır.
“Facebook”un CEO-su ötən ilin dekabr ayında ilk dəfə ata olduqdan sonra, həyat yoldaşı ilə birlikdə ümumilikdə 45 milyard dollar edən səhmlərinin 99%-ni satmaqla xeyriyyə fondu yaratmışdı. Hədəflərinin insan potensialını inkişaf etdirmək və yeni nəsillərdə bütün uşaqların bərabərliyini dəstəklənmək olduğunu açıqlamışdı.
M.Zukerberq və həyat yoldaşı sərvətlərinin 99%-ni bu fonda bağışlayacaq. Qeyd edək ki, şirkətin CEO-su “Facebook”-da 400 milyon dollarlıq bir səhmə sahibdir.
Oxu.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir