Search
Ziyad Semedzade

Ziyad Səmədzadə bank sektorundakı konsolidasiyanı dəstəkləyib

“Bank sektorunda konsolidasiya aparılmalıdır”.

Bankxeber  “APA-Economics”-‘ istinadən  xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

“Bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır”, – deyə Z. Səmədzadə bildirib.

Millət vəkili qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir: “Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır”.

O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Onun fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

apa.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir