Search
bank

“Dəmirbank” və “AGBank” birləşəsi olmadı

Ötən ay “DəmirBank” və “AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra “DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

Bankdan verilən məlumata görə, “DəmirBank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir