Search
ziraat bank az

“Ziraat Bank Azərbaycan”-da VAKANSİYA

 

“Ziraat Bank Azərbaycan”  IT departamentinin texniki dəstək şöbəsinə menecer və baş mütəxəssis vəzifələrinə işçi qəbulu elan edib. Bankdan verilən məlumata görə, ali texniki təhsilli, müvafiq sahə üzrə 5 il təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair  tələblər:

Texniki ali təhsil;

Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı;

Rus və ingilis dili bilikləri arzuolunandır;

Şəbəkə texnologiyaları üzrə biliklər;

Özgə kodu anlama bacarığı;

Informasiya təhlükəsizliyi üzrə biliklər;

Müvafiq sahə üzrə 5 il təcrübə:

Virtual sistemlər üzrə: VMware Vcenter, ESXi;

Microsoft texnologiyaları üzrə: Windows 7-8.1, Windows Server 2003/2008/2012;

– HP, IBM və Dell server avadanlıqları üzrə;

– Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail;

Yedəklənmə texnologiyaları üzrə: Symantec, Veeam Backup&Replication, Acronis;

Antivirus sistemləri ilə iş üzrə;

Linux/Unix əməlliyət sistemi üzrə;

Vəzifə öhdəlikləri:

Şəbəkə xidmətinin daimi işləməsinin təmin edilməsi;

Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat sistemləri, səsli və informasiya

kommunikasiyaları sistemlərinin dəstəklənməsi;

Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daimi işləməsinin təmin

edilməsi;

İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasının təşkil edilməsi;

– Elektron poçtun daimi işləməsinin təmin edilməsi;

Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin

edilməsi;

Məlumatların təhlükəsizliyini və saxlanılmasının təmin edilməsi;

Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;

Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;

Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;

Yedəklənmə sistemlərinin adminstrasiyası;

Proqram təminatının monitorinqlarının aparılması;

Sistem problemlərinin həlli və diaqnostikası;

Avadanlıqların quraşdırılması və sazlanması;

Dəyişikliklərin sənədləşdirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 17-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNIKI DƏSTƏK qeyd etməyiniz vacibdir.

Ünvan: Kaspian Biznes Mərkəzi C.Cabbarlı Küçəsi 40 AZ1065, Baki, Azərbaycan

Telefon:  (+994 12) 505 56 16

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir