Search
Yapi_ Kredi _Bank_logo

“Yapı Kredi Bank” gəlirliliyi 9 faiz olan istiqrazlar buraxır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Yapı Kredi Bank Azərbaycan” QSC-nin 15 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 150 min istiqraz buraxılıb.

İstiqrazlar üzrə gəlirlilik 9 faizdir, tədavül müddəti isə bu buraxılışın ilk istiqrazının yerləşdirilməsindən etibarən 2 ildir. İstiqrazlar üzrə faizlərin ödənişi 6 ayda bir dəfə həyata keçiriləcək.

Sövdələşmənin anderrayteri qismində “Yapı Kredi İnvest” MMC çıxış edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir