Search
Naxcivan Merkezi bank

Ölkədə ən ucuz kreditlər Naxçıvandadır

2014-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 41 milyon 636 min manat kredit verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 440 min manat  və ya (20,3%) artıb. Bu barədə Azərbaycan  Mərkəzi  Bankının Naxçıvan  MR  İdarəsindən bildirilib.

Məlumata görə, bu müddət ərzində verilmiş kreditlərin 31,7%-i və ya 13 milyon 211 min manatı kənd təsərrüfatına, 33,7%-i və ya 14 milyon 25 min manatı sosial və şəxsi xidmətlərin göstərilməsi verilən istehlak kreditləri olub. İnşaat və əmlak sahəsinə kreditlərin 6 milyon 520 min manatı (15,7%), biznesin inkişafına isə 3 milyon 629 min manatı (8,7%) yönəldilib. Kreditlərin 2 milyon 258 min manatı və ya 5,4%-i sənaye və istehsal sahəsinə, 1 milyon  993  min manatı  və  ya  4,8%-i isə iqtisadiyyatın digər sahələrinə  yönəldilib.

Məlumatda bildirilir ki, ölkə üzrə verilən kreditlərin ən aşağı faiz dərəcəsi də Muxtar Respublikada müşahidə edilib. AMB-nin açıqladığı hesabata əsasən, kreditlərin orta faiz dərəcəsi  Abşeron iqtisadi rayonu üzrə 18,7%, Lənkəran  iqtisadi  rayonu üzrə 23,7%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21,5%,  Dağlıq Şirvan  iqtisadi rayonu üzrə  23,6%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə  20,5% olduğu halda Naxçıvan Muxtar Respublikasında kreditlər üzrə orta faiz dərəcəsi  13 faiz olub.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir