Search
2016-07-21-nk1Q7J-xal-ccedil-a-istehsali-yeniden-dir-ccedil-elir

Xalça istehsalı müəssisələri yaradılacaq

İlkin mərhələdə bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin kollegiya iclasında məlumat verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Azərxalça” ASC-nin təşkili işləri cədvəl üzrə gedir. Bu müəəsisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir.

“Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı” layihəsi hazırlanıb.

“Azərxalca” ASC 5 may 2016-cı ildə təsis edilib. SC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. Hələlik Nazirlər Kabineti nizamnamə kapitalının həcmini müəyyən etməyib və o, dövlət qeydiyyatından keçməyib.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir