Search
cddd08010a203fe0b84e864ef17e990a_XL

Azərbaycanlı auditor Avropa Mühasiblər və Auditorlar Federasiyasının Direktorlar Şurasına üzv seçilmişdir

Bu günlərdə Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) 2016-cı il 24 iyun tarixində İspaniyanın Madrid şəhərində keçirdiyi illik Ümumi yığıncağında Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri və “L.B. Audit Xidməti” Şirkətinin direktoru-auditor Lamiyə Bayramova həmin qurumun Direktorlar Şurasına üzv secilmişdir. Bu barədə Şirkət tərəfindən verilən məlumatda bildirilir.

Qeyd edək ki, “L.B. Audit Xidməti” Şirkəti Auditor Palatasının üzvü kimi 2008-ci ildən fəaliyyətə başlamış və  ölkəmizdə auditor fəaliyyətinin inkişafında fəal iştirak edir.

Ölkəmizdə auditin inkişafını beynəlxalq meyarlara uyğun təmin etmək məqsədilə xarici təcrübədən daha səmərəli istifadə etmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası bir sıra beynəlxalq təşkilatlara, o cümlədən 2003-cü ildən Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzv qəbul olunmuşdur. Həmin gündən Auditorlar Palatası ilə EFAA arasında mühüm əlaqələr yaradılmış, ölkəmizin Avropada mühasibat uçotu və audit sahəsində beynəlxalq standartların tətbiq olunduğu qabaqcıl ölkələr sırasına çıxması, şəfafflığın və hesabatlılığın təmin edilməsi üzrə mühüm addımlar atılmışdır.

EFAA 1994-cü ildə yaradılaraq Avropa İttifaqı, bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditorlar təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 320 mindən çox mühasib və auditorun təmsil olunduğu 17 üzvü var.

Lamiyə Bayramovanı bu məsul vəzifəyə seçilməsi münasibətilə təbrik edirik və işlərində uğurlar və Azərbaycanı bütün beynəlxalq tədbirlərdə layiqincə təmsil etməyi arzu edirik.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir