Search
world kart

“Worldcard”ı əldə edənlərin sayı 85 mini ötüb

“Yapı Kredi Bank Azərbaycan” kredit kartı bazarında təmsil olunduğu “Worldcard”ın sayını açıqlayıb.

Bankın İdarə Heyətinin sədri, Baş Direktoru Altan Şentürk bildirib ki, 2014-cü ilin İyun ayına “Worldcard” sahiblərinin sayı 85 mindən çox olub. Hazırda “Worldcard” sahibləri 2500-dən çox olan alış-veriş şəbəkəsi ilə kartın üstünlüklərindən faydalanırlar.

1,5 ildə 55 MİN ƏDƏD ARTIB

2013-cü ilin yanvarında “Yapı Kredi Bank”ın təqdim etdiyi “Worldcard”ı Azərbaycanda əldə edənlərin sayı 30 mini, kartın əhatə etdiyi ticarət obyektlərinin sayı isə 700-ü ötmüşdü.

Qeyd edək ki, Türkiyənin ilə kredit kartı “Worldcard”  2012-ci il sentyabr ayından Azərbaycan müştərilərinin istifadəsinə təqdim edilib.

BAZAR PAYI 8%-dir

Mərkəzi Bankın məlumatına görə,  İyun ayının 1-nə  dövriyyədə olan ödəniş kartlarının sayı 1 milyon 117 min ədəddir. “Worldcard” lar dövriyyədə olan kredit kartlarının təxminən 8%-ni təşkil edir.

DAHA 2 FİLİALINI AÇACAQ

Altan Şentürk qeyd edib ki, hazırda “Yapı Kredi Bank Azərbaycan”  filiallarının sayı 16-a çatıb:  “Qısa zamanda isə iki filial daha açaraq 18-ə çatmasını düşünürük, eyni zamanda filial sayımızın Azərbaycanın müxtəlif bölgələrində də daha çox genişlənməsi üçün planlarımız mövcuddur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir