Search
kredit-faiz

Verilən kreditlərin 5,4 faizinin ödəmə vaxtı keçib

Kreditlərin 79,5 faizi uzun müddətə verilib

 Azərbaycanda banklardan verilən kreditlərin 5,4 faizinin ödəmə vaxtı keçib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.  2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19,1 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib.

Rəsmi məlumata görə, əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manata çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli valyuta, 2,6 milyard manatını isə xarici valyuta təşkil edib, vəsaitin 5,4 milyard manatı özəl banklara qoyulub.

Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-noyabr aylarında 5,4 faiz artaraq 442,1 manat təşkil edib. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olub və sənayedə 709,5 manat, tikinti kompleksində 626,7 manat, nəqliyyatda 538 manat, informasiya və rabitə sahəsində 733,5 manat təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir