Search
550890_482690

Azərbaycanda ilk: Yolda velosipedçilər üçün xüsusi zolaq – FOTO

Sumqayıt şəhərində yollarda velosipedlərin hərəkəti üçün ayrıca zolaq salınıb.
Azərbaycanda ilk: Yolda velosipedçilər üçün xüsusi zolaq ayrılıb - FOTO
Bu barədə şəhər sakinləri sosial şəbəkələrdə məlumat veriblər.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu, onların işi deyil: “Sumqayıtda yollar şəhər icra hakimiyyətinin balansındadır. Yollarda velosipedlər üçün zolaqların salınması da onların işidir. Bizim bu məsələyə heç bir aidiyyatımız yoxdur”.
Qeyd edək ki, Bakıda Dənizkənarı bulvarda velosipedlərin hərəkəti üçün xüsusi ərazilər müəyyən edilsə də, bu vaxta qədər onlar üçün yollarda ayrıca zolaq heç vaxt olmamışdı.
“Azəravtoyol”dan daha əvvəlllər verilən açıqlamaya görə, köhnə, dar yollarda bunu etmək mümkün deyil, lakin yeni yollar inşa edildikcə, belə zolaqların salına biləcəyi istisna edilmir.
Xatırladaq ki, cəmi bir neçə gün öncə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVIF) “Bizə yol verin!” aksiyasına başlayıb. AzVİF-in mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib ki, onlar bir çox ölkələrin şəhərlərində olduğu kimi Bakı yollarında da velosipedçilər üçün ayrıca cığırların salınmasını istəyirlər və bir müddət əvvəl bu məqsədlə müvafiq dövlət qurumlarına da müraciət edilib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir