Search
235737_447508

Vergilər Nazirliyinin səlahiyyətləri artırılıb

Vergilər Nazirliyinin səlahiyyətləri artırılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyinə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilib.

Vergilər Nazirliyinə verilən digər hüquq aksiz markaları ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyinin aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək hüququ olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir